Siz istəyin, Biz dizayn edək!

 

Rəqəmsallaşan dünyada kommunikasiya dizaynı əhəmiyyətini günü-gündən artırır, rəqabətli bazarda fərq yaradanları bir addım irəli aparır. Uzun illər bir çox fərqli sektorlarda xidmət göstərən müştərilərimizlə apardığımız işlər nəticəsində qazandığımız təcrübə ilə atılacaq doğru addımlara köməklik edirik. Diqqət yetirdiyimiz məqamlardan biri də ortaya çıxan ideyanın həll yönümlü olmasıdır.

 

Z1 Agency olaraq missiyamız brendinizin fərqini ortaya çıxarmaq və həyata keçirilən bütün işlərdə hədəf auditoriyanıza rəqiblərinizdən fərqli olduğunuzu göstərməkdir.

 

Brendinizi hədəf auditoriyaya güclü və başa düşülən şəkildə göstərmək əsas amillərdən biridir. Bu gün bu sahədə çoxlu uğurlu layihələr olsa da, təəssüf ki, uğursuzluğa düçar olan və brendlərə ciddi ziyan vuran qeyri-peşəkar və qüsurlu layihələrin olduğunu da görürük. Bu mərhələdə peşəkar komandadan dəstək almağın nə qədər vacib olduğu ortadadır.

 

Qrafik dizayn geniş qollara ayrılmış bir sənət sahəsidir. Demək olar ki, hər gün yolda, işdə, marketdə və rəqəmsal dünyada qarşılaşdığımız informasiya yağışı əsasən qrafik dizayn işləridir.

 

Qrafik dizayn xidməti ilə yanaşı, çap işlərinizi də dəstəkləyirik. Ehtiyacınız olduqda aşağıda sadalanan xidmətləri çap edib çatdırırıq və ya istəsəniz dizayn faylını çap prosesinə uyğun olaraq çatdırırıq.

 

Qrafik dizaynda göstərdiyimiz xidmətlər;

 

Korporativ Brand Book

Brendin adı və şüarı

Loqo dizaynı

İllüstrasiya

Layout

Tipoqrafiya

Kataloq / Poster / Broşur

Qablaşdırma dizaynları

Video editləri

 

Yazmak İçin Tıklayın
WhatsApp'tan üzerinden bize yazın!